Pensiya və sosial yardım alanlar işıq pulunu bu tarixdə ödəməli olacaqlar
Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının qərarına əsasən, vahid sayğac oxuma sisteminə keçidlə bağlı 2022-ci ildən bütün Telmiko abonentləri ayın ilk günlərində qəbz alacaqlar.
InterPress.ge xəbər verir ki, vətəndaşlar qəbz hazırlandıqdan sonra 15 təqvim günü ərzində ödəniş edə biləcəklər.
Bundan əlavə, pensiyaçılar, aztəminatlı ailələr və çoxuşaqlı ailələr güzəştli ödəniş müddətindən istifadə edəcəklər.
Pensiyaçılar işıq pulunu qəbzin nə vaxt gəlməsindən və qəbzdəki ödəniş müddətindən asılı olmayaraq hər ayın 16-da, sosial cəhətdən həssas qruplar hər ayın 23-də ödəməli olacaqlar, çünki onların sosial yardımları ayın 22-də köçür.
Bu dəyişiklik nəticəsində əhalinin bu qrupları üçün elektrik enerjisi haqqının ödənilməsi müddəti pensiya və sosial yardımların alınması vaxtına uyğunlaşdırılacaq.


