“Alilo” bu gün fərqli şəkildə keçiriləcək
Pandemiya səbəbindən "Alilo" fərqli şəkildə keçiriləcək. Milad bayramı ilə əlaqədar avtomobillərin yürüşü yanvarın 7-də, saat 14:00-da Birinci Respublika meydanından başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Patriarxlıqdan məlumat verilib.
Məlumata görə, yürüş Sameba Katedralinə saat 16:00-da Milad şükür duası ilə başa çatacaq.
"İllərdir ki, yanvarın 7-də, Milad bayramında, Tbilisidə və bütün Gürcüstanda ənənəvi təntənəli yürüş – “Alilo” təşkil olunur. “Alilo”ya bayram rəngi 2000-ci ildən bütün Gürcüstanın katolikos-patriarxı II İlianın xeyir-duası ilə verilib. Xilaskarın Milad bayramı xristian aləmində şərəfli bayramdır. Bu bayram bu il də keçiriləcək, lakin pandemiya ilə əlaqədar qoyulmuş qaydalara tam uyğun olaraq qeyd olunacaq.
Yürüş avtomobillə yanvarın 7-də, saat 14:00-da, Birinci Respublika Meydanından başlayacaq, Sameba Katedralində saat 16:00-da Milad şükür duası ilə başa çatacaq.
Ümid edirik ki, 2022-ci ildə Milad bayramını yenidən birlikdə qeyd edəcəyik və bu universal sevinci ən çox ehtiyacı olan insanlara çatdıracağıq", - bəyanatda deyilir.


