06 
Yan
2022
11:07
497

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 567 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 949 176 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 105 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 908 813 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 41 nəfər ölüb və ölənlərin ümumi sayı 14 082 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın