Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Nəqliyyat və şəhərsalma agentliyi sarı mikroavtobuslarla bağlı məlumat verdi

877
Nəqliyyat və şəhərsalma agentliyi sarı mikroavtobuslarla bağlı məlumat verdi
Dinləmək üçün basın

Fevralın 1-dən paytaxtda sarı rəngli mikroavtobuslar işləməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə bələdiyyənin nəqliyyat və şəhərsalma agentliyinin rəhbəri Viktor Çilosani məlumat verib.

Onun sözlərinə görə, fevralın 1-dən, yəni sərnişin biletlərinin aktivləşdirildiyi gündən Tbilisidə yalnız yeni mikroavtobuslar fəaliyyət göstərəcək.

“Kartlar aktivləşdirilən gün, yəni fevralın 1-dən paytaxtda sarı rəngli mikroavtobusların heç biri işləməyəcək. Bu gün min mikroavtobus gəlib, 450-si artıq şəbəkədədir, digər 550-si isə şəbəkədən çıxmağa hazırlanır - ödəniş aparatları və sayğaclar quraşdırılmalıdır. Bütün mikroavtobuslar fevralın 1-dək şəbəkədə olacaq”, - Viktor Çilosani bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →