24 
May
2020
20:06
1328

Prezident: "Ukrayna hökuməti Saakaşviliyə Gürcüstanla məsləhətləşmədən vəzifə verdi"

"Ukrayna hökuməti Mixeil Saakaşvilini Gürcüstanla məsləhətləşmədən vəzifəyə təyin etdi".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti ″Financial Times″-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu qərar “Gürcüstan və Ukrayna arasındakı çoxəsrlik münasibətləri çətinləşdirib”.

“Bu ehtiyyatla düşünülmüş bir qərar deyildi, məsləhətləşmədən, xəbərdarlıq etmədən, hətta sadə bildiriş belə olmadan onu qəbul etdilər. Buna baxmayaraq, Gürcüstan vəziyyəti çətinləşdirmək istəmir, çünki Gürcüstan və Ukraynanın çox vacib məsələlər birləşdirir “-deyə Salome Zurabişvili bildirib.

Xatırladaq ki, mayın 7-də Mixeil Saakaşvili Ukrayna İslahatlar Şurasının İcra Komitəsinin sədri olaraq təyin edildi. Bununla əlaqədar Gürcüstan hökuməti Ukraynadakı səfiri Teimuraz Şaraşenidzeni məsləhətləşmək məqsədi ilə Tbilisiyə çağırdı.

Bizimlə əlaqə saxlayın