Rusiya işğalçı qüvvələrinin nümayəndələri Gürcüstan vətəndaşını saxladılar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş Çxinvali yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “qaynar xətt” işə salınıb. Məlumat dərhal Cenevrə müzakirələrinin həmsədrlərinə çatdırılıb.
“Gürcüstanın mərkəzi hökuməti qanunsuz saxlanılmış vətəndaşları azad etmək üçün əlində olan bütün mexanizmlərdən istifadə edir.
İşğal olunmuş rayonlarda və işğal xətti boyunca həyata keçirilən dağıdıcı hərəkətlərə görə tam məsuliyyəti Rusiya Federasiyasının işğalçı qüvvəsi daşıyır. Qeyri-qanuni saxlamaların zərərli praktikası yerdə təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirir və regionun sabitliyini təhdid edir”, - məlumatda deyilir.


