Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Vəkil: "Mixeil Saakaşvilinin aclıq aksiyası elan etməsini düzgün addım hesab edə bilmərəm"

372
Vəkil: "Mixeil Saakaşvilinin aclıq aksiyası elan etməsini düzgün addım hesab edə bilmərəm"
Dinləmək üçün basın

"Mənim məsləhətim odur ki, Mixeil Saakaşvili öz sağlamlığının qayğısına qalsın, çünki zəifləmiş halda həbsxanada oturmuş Saakaşvili siyasi rəqiblərin, o cümlədən cənab İvanişvilinin istəyidir".

"Mənim məsləhətim odur ki, Mixeil Saakaşvili öz sağlamlığının qayğısına qalsın, çünki zəifləmiş halda həbsxanada oturmuş Saakaşvili siyasi rəqiblərin, o cümlədən cənab İvanişvilinin istəyidir".

InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin vəkili Qiorqi Mşvenieradze Rustavi həbsxanasında Mixeil Saakaşvili ilə görüşdən sonra bildirib.

Mşvenieradzenin sözlərinə görə, o, Saakaşviliyə aclıq aksiyasına başlamamağı tövsiyə edib.

“Ona görə də indiki mərhələdə aclıq aksiyası elan etməsini düzgün addım hesab edə bilmərəm, bunu hətta ona da dedim. Ümid edirəm ki, o, bu məsləhəti mütləq nəzərə alacaq, çünki bundan yalnız Bidzina İvanişvili faydalanacaq.

Mən prezident Saakaşvilinin yerinə onun vəziyyətini təsvir edə bilmərəm. O, nevroloji problemlərlə bağlı tibbi yardıma ehtiyacı olduğunu deyir. Bildiyimə görə, cəzaçəkmə müəssisəsində həkim onunla məsləhətləşib. Saakaşvili ilə görüşündən sonra məlum oldu ki, onun ixtisaslı tibbi yardıma ehtiyacı var”, - Mşvenieradze bildirib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →