05 
Yan
2022
11:25
692

Gürcüstanda Omikron ştamına yoluxanların sayı açıqlandı

Gürcüstanda indiyədək “Omikron”a 159 yoluxma halı təsdiqlənib. 

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

"Yanvarın 4-nə olan məlumata görə, laboratoriyada 159 Omikron halı təsdiqlənib", - məlumatda qeyd olunub. 

Məlumat üçün bildirək ki, Gürcüstanda son 24 saat ərzində 3436 yeni koronavirusa yoluxma halı qeydə alınıb, daha 32 pasiyent vəfat edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər