24 
May
2020
15:02
655

İrakli Kobaxidze: "Konstitusiya dəyişikliklərinə dair qanunlayihənin müzakirə və səsvermə prosesi iyunun 29-da başa çatacaq"

Parlament çoxluğunun üzvü İrakli Kobaxidzenin proqnozuna görə, seçki sisteminin dəyişdirilməsi üçün hazırlanan konstitusiya dəyişikliklərinin parlament müzakirəsi iyunun 21-də başlayacaq.

InterPress.ge xəbər verir ki, dəyişikliklərin 3 dinləmə ilə müzakirə və səsvermə prosesi iyunun 29-da başa çatacaq.

Gürcüstanın Birinci Kanalına Kobaxidze müsahibəsində, önümüzdəki iki həftə ərzində konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi ilə bağlı televiziya formatında iki görüş keçiriləcəyini deyib.

“Konstitusiya dəyişikliklərini və onun məzmununu İctimai Yayımçı və Acarıstan Televiziyası vasitəsilə təqdim edəcəyik. Tamaşaçıların suallarını dinləyəcəyik və cavab verəcəyik. Bundan sonra iyunun 21-də başlayacağı gözlənilən parlament müzakirəsinə keçə biləcəyik. Yəni iyunun 21-də ehtimal ki, ilk dinləmə keçiriləcək və qanunlayihəyə səs veriləcək. Ehdimal olunur ki, iyun ayının 29-da 3 dinləmə ilə qanunlayihənin müzakirə və səsvermə prosesini yekunlaşdıracağıq. İki müxalifət partiyası ictimai müzakirədə iştirak etməyəcəyini bildirir, görək onların mövqeyi necə olacaq″- deyə deputat bildirib .

Kobaxidze konstitusiya dəyişikliklərinin səsverməsində Milli Hərəkatın və Avropalı Gürcüstan partiyalarının iştirakına da diqqət yönəldir və bildirir ki, 117 deputatın təşəbbüsü dəstəklədiyini nəzərə alarsaq, ehtimal ki, onların dəstəyi olmadan da dəyişiklikləri qəbul etmək mümkün olacaq.

Mart ayının 8-də, hökumət və müxalifət arasında əldə olunmuş razılaşmaya görə, Gürcüstanda parlament seçkiləri 120/30-a seçki sistemi ilə keçirilməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər