Qoridə baş verən qətl hadisəsi ilə bağlı əlavə təfərrüatlar məlum oldu
Qori bələdiyyəsinin Axalsopeli kəndində qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsi ictimai vəkil müdafiə edəcək.
InterPress.ge-nin məlumatına görə, qardaşlar arasında fikir ayrılığı əvvəllər heç vaxt olmayıb və hadisəyə səbəb çox güman ki, içki olub.
32 yaşlı Qiorqi Kutaraşvili Axalsopeli kəndində qardaşlar arasında baş verən qarşıdurma nəticəsində dünyasını dəyişib. Hadisə yanvarın 1-də baş verib, 1990-cı il təvəllüdlü kişi həyati təhlükəsi olan bədən xəsarətləri ilə ağır vəziyyətdə “Qormedi” Klinikasına yerləşdirilib.
"Qormedi" Klinikasının həkimi Davit Qasitaşvilinin sözlərinə görə, xəstə klinikaya daxil olan zaman ağır vəziyyətdə olub, o bir neçə yerindən zədə alıb, o cümlədən qaraciyərindən xəsarət alıb və 3 litrə qədər qan itirib, xəstə ürək tutması ilə klinikaya yerləşdirilib və müvafiq reanimasiya tədbirləri aparıldıqdan sonra təcili cərrahiyə əməliyyatına başlanılıb. Əməliyyat zamanı bir neçə dəfə ürək dayanması qeydə alınıb. Həyati təhlükəsi olan xəsarətlər səbəbindən xəstəni xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təqsirləndirilən şəxs saxlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsi ilə araşdırma aparılır, bu maddə ağırlaşdırıcı şəraitdə ailə üzvünü qəsdən öldürməyi nəzərdə tutur və 13 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


