Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Smartfonlar və elektromobillər havadan enerji yığacaq

5,219
Smartfonlar və elektromobillər havadan enerji yığacaq
Dinləmək üçün basın

2035-ci ilə qədər smartfonlar və elektromobillərin havadan enerji yığacağı proqnozlaşdırılır.

Mütəxəssislərinin fikrincə, bir neçə ildən sonra 6G şəbəkələri sayəsində müxtəlif cihazları enerji ilə daha asan doldurmaq mümkün olacaq.

Enerjinin 6G qüllələri vasitəsilə ötürülməsi qəbuledici ilə anten arasında müəyyən tezlikli radiodalğalar sayəsində baş verəcək. Bu halda şüa müxtəlif maneələri dəf edə biləcək.

Ekspertlərin rəyinə görə, bu üsulla elektrik enerjisi uzun məsafələrə ötürüləcək.

Proqnozlara əsasən, gələcəkdə elektrik avtomobillərini idarə edərkən və ya smartfonu istifadə zamanı enerji ilə doldurmaq üçün bu və ya digər qüllələrə qoşulmaq lazım gələcək.

Mütəxəssislər əmindirlər ki, enerjinin simsiz ötürülməsi istehsal prosesini ekoloji cəhətdən daha təmiz edəcək, həmçinin elektrik enerjisinin maya dəyərini aşağı salacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →