03 
Yan
2022
19:42
1699

Gürcüstan miqyası ilə torpaqların sistemli qeydiyyata alınması başladı

Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Reyestrinin Milli Agentliyi torpaqların sistemli qeydiyyatına başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Reyestri yayıb.

2022-2024-cü illər ərzində Agentlik Gürcüstanın 59 bələdiyyəsində (işğal olunmuş ərazilər və özünüidarəetmə şəhərləri: Tbilisi, Batumi, Kutaisi, Rustavi, Poti istisna olmaqla) ölçmə və qeydiyyat işlərini həyata keçirəcək (Gürcüstan Ədliyyə Nazirinin əmri 31 dekabr 2021-ci il №798).

Onların sözlərinə görə, bu günə olan məlumata görə, ölkədəki torpaqların 1/3-i dövlət qeydiyyatına alınmayıb. Dövlət Reyestrinin Milli Agentliyi 2024-cü ilin sonuna kimi bütün bələdiyyələrin ərazisində sistemli qeydiyyatını mərhələli şəkildə təmin edəcək.

Bundan əlavə, sistemli qeydiyyat çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri pulsuz əldə edəcəklər:

Torpaq sahələrinin kadastr planlaşdırılması/ölçü işləri; Hüququ sübut edən sənədlərin tapılması və sistemləşdirilməsi; tərəflərin imzalarının təsdiqi; Notariat vasitəçiliyi; Torpaq mülkiyyətinin tanınması; Faktların ifadəsi; Torpaq sahəsinin yerləşdiyi yerin, hüququnu təsdiq edən sənədlə eyniliyinin müəyyən edilməsi; Torpaq mülkiyyətinin qeydiyyatı və onda dəyişikliklər.

Dövlət Reyestrindən verilən məlumata görə, torpaqların sistemli qeydiyyatı ilə paralel olaraq, vətəndaşlar yenə də torpaq sahələrinin sporadik qeydiyyatından istifadə edə biləcəklər.

Bundan əlavə, Gürcüstan Hökumətinin 31 dekabr 2021-ci il tarixli 636 saylı qərarı ilə sistemli qeydiyyatın coğrafi ərazisində yerləşən torpaq sahəsi üçün sporadik qeydiyyat rüsumunu müəyyən edən 509 nömrəli (29 dekabr 2011-ci il) qərarına dəyişiklik edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər