Gürcüstanda, koronavirusun yayılması təhlükəsi səbəbiylə tətbiq olunan qəbiristanlıqlara ziyarətə qoyulan məhdudiyyət aradan qaldırıldı.
InterPress.ge xəbər verir ki, bu barədə təcrid və karantin tədbirləri barədə hökumətin qərarında deyilir.
Qeyd edək ki, Pasxa tətili ərəfəsində 17 apreldə ölkədəki qəbiristanlıqlara ziyarətə məhdudiyyətlər tətbiq edilmişdi.
