Ana yeni doğulmuş körpəni xəstəxanada tərk edib
Kutaisidəki doğum evlərinin birində ana pulu olmadığı üçün yeni doğulmuş uşağı tərk edib. O, klinikaya uşağını saxlaya bilməyəcəyini və onu tərk etmək məcburiyyətində qaldığını bildirib.
InterPress.ge xəbər verir ki, daha sonra ana sosial xidmətlə əlaqə saxlayıb və kömək istəyib.
Dövlət Qayğısı Agentliyindən verilən məlumata görə, qəyyumluq və himayə orqanının cəlb edilməsi ilə Ailəyə Dəstək Xidməti tərəfindən ana və uşaqların birgə yaşaması üçün bütün zəruri proqramlar təklif olunub. Onların dediyinə görə, bu mərhələdə uşağı anadan ayırmağa ehtiyac yoxdur.
Onların sözlərinə görə, ana və uşaq yaşayış şəraiti ilə təmin olunub.
Körpənin vəziyyəti qənaətbəxşdir.
Sosial şəbəkədə məlumat yayılandan sonra vətəndaşlar yeni doğulan körpəyə və anaya kömək məqsədilə xeyriyyə aksiyasına başlayıblar.


