02 
Yan
2022
10:06
1747

Qəhvənin gözlənilməz faydaları məlum olub

Qəhvənin gözlənilməz faydaları açıqlanıb. Məlum olub ki, qəhvə içmək qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir.

InterPress.ge-nin məlumatına görə, bu barədə “The Mirror” nəşri Böyük Britaniyanın Sauthempton və Edinburq universitetlərinin alimlərinə istinadən xəbər verib.

Tədqiqatçılar Böyük Britaniyanın biobankından 495 585 nəfərin məlumatlarını götürüblər. Beş nəfərdən dördü üyüdülmüş və ya hazır qəhvə içib, on nəfərdən ikisi isə ümumiyyətlə içməyib. Alimlər araşdırma zamanı belə qənaətə gəliblər ki, bu içkidən istifadə edənlər arasında xroniki qaraciyər xəstəliyi riski 21 faiz azalıb, onların ölümdən qaçmaq ehtimalı isə 40 faiz artıb.

Alimlər həmçinin aşkar ediblər ki, qəhvə içənlərdə piylənmə riski 20 faiz azalır. Bu təsir içkinin tərkibində olan maddələr - kaveol və kafestolla izah edilir.

“Biz belə nəticəyə gəldik ki, qəhvə xroniki qaraciyər xəstəliyindən qoruyaraq profilaktik təsirə malikdir. Bu, insanların keyfiyyətli tibbi xidmət almaq imkanlarının az olduğu və xroniki qaraciyər xəstəliyinin yükünün ən yüksək olduğu aşağı gəlirli ölkələrdə çox dəyərlidir”, - deyə araşdırma qrupunun rəhbəri Oliver Kennedi bildirib.

Bizimlə əlaqə saxlayın