Saakaşvilinin tərəfdarları aclıq aksiyasını dayandırdı
Vahid Milli Hərəkat aclıq aksiyasını keçmiş prezident Mixeil Saakaşvilinin xahişi ilə dayandırdığını bildirib.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin xahişini aclıq elan edənlərə Qiorqi Mşvenieridze bildirib.
Mixeil Saakaşvili aclıq elan edənlərə müraciət edib ki, bu çətin etiraz formasını dayandırmasalar, özü də aclıq aksiyası keçirəcək.
Eyni zamanda, Vahid Milli Hərəkatın sədri Nika Melianın dediyinə görə, Mixeil Saakaşvili aclıq elan edən hər bir insanın səhhətindən narahatdır və o da, aclıq aksiyasını bərpa etməyə məcbur olacaq, onun sözlərinə görə, bu, yolverilməzdir.
"Onun özü də aclıq aksiyasını bərpa etməyə məcbur olacaq, buna bizim heç birimizin icazə verməyə haqqımız yoxdur, çünki Mixeil Saakaşvilinin aclıq aksiyasına başlaması ölümcül nəticə verəcək və ona görə də biz yoldaşlarımızla birlikdə ölkədə ədalət bərqərar olana və siyasi mühakimə bitənə qədər mübarizənin rəngarəng və qeyri-zorakı mərhələsinə keçmək qərarına gəldik. Biz mübarizənin başqa mərhələsinə keçirik", - deyib Nika Melia.


