01 
Yan
2022
12:29
793

Son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 103 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 936 844 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 553 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 896 868 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 60 nəfər ölüb və ölənlərin ümumi sayı 13 860 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın