31 Dekabr və 1 Yanvar tarixində bu məhdudiyyət qaldırılacaq
Qurumlararası Koordinasiya Şurasının qərarı ilə dekabrın 31-də və yanvarın 1-də gecə klublarına Yeni il tədbirlərinin keçirilməsinə icazə verilib.
InterPress.ge xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Sektor ilə aparılan məsləhətləşmələr nəticəsində tədbirlərə məhdud sayda qonaqların, sərt qaydalarla buraxılması ilə bağlı razılıq əldə olunub ki, bu da aşağıdakıları nəzərdə tutur:
Gecə klubuna tam peyvənd olunmuş şəxslər və koronavirus keçirən şəxslər buraxılacaq.
Yuxarıda göstərilən meyarlara uyğun gəlmədikdə, 48 saatlıq etibarlı PCR-testinin mənfi cavabının təqdim edilməsi məcburidir;
Qaydaların icrasına müvafiq qurumlar tərəfindən ciddi nəzarət ediləcək”, - deyə hökumətin mətbuat xidmətindən bildirilib.


