30 
Dek
2021
19:47
2419

Yeni qanun qəbul edildi

Taksilərdə eləcə də yükdaşıyıcı nəqliyyatlarda, bundan başqa azyaşlının olduğu nəqliyyat vasitələrində siqaret çəkmək qadağan edildi. 

InterPress.ge xəbər verir ki, “Tütünlə mübarizə haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda 80 (bir əleyhinə) səslə təsdiq edilib.

İnzibati məsuliyyətə gəlincə, taksi sürücüsü ictimai nəqliyyatın sürücüsü kimi siqaret çəkməyi qadağan edən tələblərə əməl etmədiyinə görə 200 lari məbləğində, azyaşlının olduğu nəqliyyat vasitəsində siqaret çəkmə faktları aşkar olunarsa şəxsi avtomobilin sürücüsü 50 lari cərimələnəcək.

Parlamentin qəbul etdiyi qanun bu əməllərin ikinci, üçüncü və ondan sonrakı təkrar halının hər birinə görə cərimələrin ikiqat artırılmasını nəzərdə tutur.

Qanuna “brend genişlənməsi” termini əlavə edilib. Qurum fəaliyyət göstərdiyi binada və/və ya ərazidə tütün istehlakı nəticəsində tüstünün, aerozolun, külün o cümlədən qəlyanın və kül qabının olmasına yol verməməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər