Tbilisidə bələdiyyə nəqliyyatının hərəkət sxemi dəyişəcək
Dekabrın 31-də paytaxtda keçirilməsi planlaşdırılan Yeni il tədbirində iştirak etmək istəyənlər üçün bələdiyyə nəqliyyatının hərəkət müddəti uzadılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Saat 23:00-dan 03:00-a kimi avtobuslar maraqlananları istənilən metro stansiyaya aparacaq, bundan sonra sərnişinlər metro ilə gedə biləcəklər. Bu müddət ərzində sərnişinlər avtobus, metro və Rike-Nariğala kanat yolu ilə pulsuz səyahət edə biləcəklər.
Yeni il ərəfəsində aşağıdakı avtobuslar saat 03:00-a kimi işləyəcək: N1, N2, N3, N6, N7, N11 (Didube metrosuna qədər hərəkət edəcək), N12, N14, N17, N18, N20, N22, N25, N27, N28, N30, N31, N36, N39, N40, N41, N42, N43, N45, N46, N47, N49, N52, N53, N56, N6 N62, N68, N70, N71, N72, N73, N77, N78, N79, N80, N84, N87, N90, N91, N95, N99, N106, N108, N110, N121, N122 (Avlabari metrosuna qədər gedəcək), N150, N321, N330, N332, N334, N339, N343, N344, N346, N363, N377 və N383.
Yanvarın 6-da Milad gecəsinə gəlincə, Tbilisi metrosu sərnişinlərə saat 00:00-dan 03:00-dək xidmət göstərəcək. Bu halda da vətəndaşlar pulsuz səyahət edə biləcəklər.


