30 
Dek
2021
12:58
296

Kobuletidə mikroavtobus patrul polisinin ekipajı ilə toqquşdu

Kobuletidə, Çixisdziri kəndində mərkəzi magistral yolda baş verən yol qəzasında patrul ekipajının iki üzvü xəsarət alıb. 

InterPress.ge xəbər verir ki, yaralılar təcili yardım briqadası tərəfindən Kobuleti klinikasına aparılıb. 

Həkimlərin sözlərinə görə, onların hər ikisi ayağından xəsarət alıb.

Yerli sakinlərin sözlərinə görə, yol qəzası zamanı mikroavtobus patrul polisinin əməkdaşlarının maşını ilə toqquşub.

Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər