Xüsusi Penitensiar Xidmət Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalından Rustavidəki 12-ci Cəzaçəkmə Müəssisəsinə köçürülməsi məsələsinə aydınlıq gətirib.
InterPress.ge xəbər verir ki, qurum Saakaşvilinin Rustavi həbsxanasına köçürüldüyünü təsdiqləyib və bunun qanuna tam riayət olunmaqla həyata keçirildiyini qeyd edib.
"Məhkum Mixeil Saakaşvili №12 Cəzaçəkmə Müəssisəsindədir. Yüksək ictimai marağı nəzərə almaqla aydınlaşdırırıq ki, bu il dekabrın 30-da məhkum/təqsirləndirilən Mixeil Saakaşvili Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalından qanuna tam riayət olunmaqla 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü", - deyə qeyd olunub.
