30 
Dek
2021
11:05
3197

Patrul Polis Departamenti vətəndaşlara xəbərdarlıq edir

Nəqliyyat vasitəsinin cərimə dayanacağından çıxarılması üçün icazə xidməti qeyri-iş günlərində fasiləsiz olaraq fəaliyyət göstərəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Patrul Polis Departamentindən məlumat verib.

"Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Vahid Xidmət Mərkəzi bildirir ki, 2022-ci ilin yanvarın 1-dən 10-dək olan tarixin qeyri-iş günləri elan olunması ilə bağlı Vahid Xidmətin Tbilisi Xidmət Mərkəzi işləməyəcək.

Nəqliyyat vasitəsinin cərimə dayanacağından çıxarılması üçün icazə xidmətinə gəlincə, sözügedən xidmət “112”-nin cərimə dayanacağında (ünvan: Tbilisi, Diğomi, Bob Uolş küçəsi, Diğomi keçmiş Eksperimental Təsərrüfatı ərazisi) davamlı olaraq əlçatımlı olacaq", - deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər