29 
Dek
2021
21:23
1512

Nino Qoqorişvili: "Mən Saakaşvilinin həkimi ola bilmərəm"

"Düşünürəm ki, mənim və xəstəxana ilə bağlı hər hansı şərh və söhbətlərə son qoyulmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin həkimi Nino Qoqorişvili deyib.

O, üçüncü prezidentin həkimi ola bilməyəcəyini deyib. Həkim səbəbləri izah edir.

"Nika Qvaramiya xəstəxanadan çıxaraq KİV-ə məlumat verərkən, canlı yayıma baxarkən psixoloji travma aldım. Bu məlumat məndən alındı, lakin o, özünə sərf edildiyi kimi danışdı. Ona görə də bu məni şoka saldı: Nika Qvaramiyanın kanalında və birbaşa Nika Qvaramiyanın dediklərindən sonra mən Mixail Saakaşvilinin həkimi ola bilmərəm və hesab edirəm ki, indiki məqamda mənim şəxsim və xəstəxanamla bağlı hər hansı şərh və söhbət dayandırılmalıdır". - Nino Qoqorişvili deyib.

Məlumat üçün bildirək ki, dünən Nika Qvaramiya Qori Hərbi Hospitalında Mixail Saakaşvilinin həkimi Nino Qoqorişvilinin müsahibəsinin protokolunu mediaya təqdim edib.

Qoqorişvili bildirib ki, Qvaramiya onu çaşdırıb və ifadədən bəzi epizodları öözünə neçə sərf edir elə yayıb.

Nika Qvaramiya daha sonra Mixail Saakaşvilinin həkiminin açıqlamasına cavab verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər