29 
Dek
2021
11:45
767

Saxlama müddəti ötmüş kolbasa və sosiskalar ələ keçirildi

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində zibilxanalardan birinin 4 əməkdaşını kommersiya rüşvətxorluğu faktı üzrə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

Onların sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Kvemo Kartli ərazisində yerləşən zibilxanadan müxtəlif gürcü və xarici şirkətlər tərəfindən istehsal edilmiş və şəbəkə ticarət mərkəzlərindən çıxardılmış, məhv edilməsi nəzərdə tutulan, istifadəyə yararsız və saxlama müddəti ötmüş ət və qənnadı məmulatlarını sistemli şəkildə satıblar, bunun müqabilində müəyyən məbləğdə pul alıblar.

“İş üzrə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində fiziki şəxslərdən birinin evindən təqsirləndirilən şəxs tərəfindən satılmış 1105 kq. istifadə müddəti ötmüş müxtəlif ət məhsulları və 1 115 kq. istifadə müddəti bitmiş qənnadı məmulatları götürülüb.

Ekspertizanın nəticələrinə və əldə edilmiş sübutlara əsasən, bu məhsullar insanların həyatı və sağlamlığı üçün təhlükə yaradır”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

İş Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin birinci hissəsi, 220-ci maddəsi və 221-ci maddəsinin dördüncü hissəsi ilə araşdırılır ki, bu da 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər