29 
Dek
2021
10:11
300

Tbilisidə avtomobil qəzası baş verib

Tbilisidə Qəhrəmanlar Meydanı ərazisində avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, iki avtomobil bir-biri ilə toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə patrul polisi, xilasetmə və təcili yardım qrupları cəlb olunub.

Qəza zamanı xəsarət alanlardan biri xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Təcili yardım briqadası yaralıları xəstəxanaya aparıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər