28 
Dek
2021
22:46
1839

“MagtiCom” abunəçilərə xəbərdarlıq edir

MagtiCom istifadəçilərə xəbərdarlıq edir.

InterPress.ge xəbər verir ki, bu barədə Magticom sosial şəbəkədə elan yayır.

“Abunəçilərin nəzərinə!

 İnternetdə və ya sosial şəbəkələrdə siz MagtiCom və digər mobil operatorların reklam saytlarına, lotereya və ya müxtəlif promo-aksiyalarına rast gələ bilərsiniz.

Maraqlı lotereyada iştirak etmək və ya müxtəlif paketlər əldə etmək üçün sizdən SMS göndərmək və ya göstərilən nömrəyə zəng etmək xahiş olunur.

Sizdən şəxsi və ya bank kartı məlumatlarınız tələb oluna bilər. SMS göndərdiyiniz, zəng etdiyiniz və ya şəxsi məlumatlarınızı daxil etdiyiniz halda, hesabınızdan məbləğ çıxılacaq, lakin siz lotereyada iştirak edə və ya paket ala bilməyəcəksiniz!

Ehtiyatlı olun və yoxlamadan xarici mənbələrə etibar etməyin!

Nəzərə alın ki, MagtiComun aksiyaları, lotereyaları və ya müsabiqələri haqqında məlumat həmişə yalnız rəsmi Facebook səhifəmiz və internet saytımız vasitəsilə əldə edilə bilər”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər