Gürcüstanda yanvarın 4-dək gözlənilən hava şəraiti
2022-ci il yanvarın 1-dək Gürcüstanda yağış gözlənilmir. Gündüz havanın temperaturu Qərbi Gürcüstanda +11, +16, Şərqi Gürcüstanda +7, +12 dərəcə olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Yeni il gecəsi Qərbi Gürcüstanın bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacaq, Şərqi Gürcüstanda yanvarın 1-i günortaya qədər yağış olmayacaq. Yanvarın 1-də gündüz Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi yerlərində, aran rayonlarında və ovalıqlarda yağış, dağlıq və yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
"Yanvarın 2-3-də arabir yağış yağacaq, hava nisbətən soyuyacaq, bəzi yerlərdə qərb küləyi əsəcək. 2022-ci il yanvarın 4-dək Tbilisidə yağış gözlənilmir. Havanın temperaturu Yeni il gecəsi 0, -1 dərəcə, gündüz +9, +11 dərəcə təşkil edəcək. Yanvarın 2-3-də şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 2-3 dərəcə aşağı enəcək", - məlumatda deyilir.


