Koordinasiya Şurasının iclası keçirildi
200 larilik həvəsləndirmə tədbiri yanvar ayında da davam edəcək və 50 yaşdan yuxarı peyvənd vurduran Gürcüstan vətəndaşları 200 lari əlavə alacaqlar.
InterPress.ge xəbər verir ki, bu barədə qərar Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə Hökumət Administrasiyasında bu gün keçirilən İdarələrarası Koordinasiya Şurasının iclasında qəbul edilib.
Şuranın qərarı risk qruplarında vaksinasiyanın daha da həvəsləndirilməsinə yönəlib və yanvarın 1-dən qüvvəyə minəcək.
Məlum olduğu kimi, yanvarın 1-dən 10-a kimi qeyri-iş günləri elan edilib. Koordinasiya Şurası oxşar tövsiyə ilə özəl müəssisələrə də müraciət edib.
Qurumlararası Koordinasiya Şurası bir daha vətəndaşları izdihamlı yerlərə getməməyə, maska taxmağa, sosial məsafəni qorumağa və vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.


