GAİM-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi - FOTO
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, sözügedən tədbirlə bağlı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev açıqlama verib.
"Bildiyiniz kimi, 31 Dekabr dünya azərbaycanlılarının tarixində ən gözəl, ən mühüm, ən şərəfli və ən qürurlu günlərdən biri, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 1991-ci ildə Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq, 31 Dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etmişdir. Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənəli şəkildə qeyd edilməsinə böyük önəm verir. Bu bayram dünyanın 70-dən artıq ölkəsində 50 milyondan artıq azərbaycanlılarla əlaqə yaratmaq, onlar arasında birlik və həmrəylik yaratmaq yönündə mühüm rol oynayır. Bu bayram bu dövlətlərlə yanaşı, əlbətdə ki, Gürcüstanda da böyük təntənə ilə qeyd olunur. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində bu gün Həmrəylik Gününü qeyd etdik", - deyə o söyləyib.
Tədbirin sonunda rəqs edən və məkdəbəqədər hazırlığa gedən uşaqlara hədiyyələr təqdim olunub.


