Vaksin olunan bu şəxslərə də 200 lari veriləcək
Koordinasiya Şurasının qərarına əsasən, peyvənd olunduğu təqdirdə 50 yaşdan yuxarı şəxslər dövlətdən 200 lari alacaq. İndiyədək bu məbləği yalnız yaşı 60-dan yuxarı olan şəxslər alırdı.
InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze brifinqdə bəyan edib.
O bildirib ki, 60 yaşdan yuxarı şəxsər peyvənd olunacağı təqdirdə, vəsaitlərin köçürülməsi sistemi yanvar ayında da davam edəcək.
"60 yaşdan yuxarı şəxslərin peyvənd olunduğu təqdirdə 200 lari əlavə verilməsini nəzərdə tutan həvəsləndirmə proqramı yanvar ayında da davam edəcək. Eyni zamanda, yaş həddi aşağı salınacaq və peyvənd olunduqları təqdirdə 50 yaşdan yuxarı insanlar 200 lari alacaqlar" ,- deyib Qiorqi Ğibradze.


