DİN vətəndaşlara pul müqabilində sürücülük vəsiqəsi hazırlamağı təklif edən şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti dələduzluqda təqsirli bilinən bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Saxlanılan şəxs 1993-cü il təvəllüdlü, hazırda şərti sınaqda olan Gürcüstan vətəndaşıdır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təqsirləndirilən şəxs “Telegram” mobil rabitə proqramında “MODGOVGE İNFO” adlı qrup yaradaraq, maraqlı şəxslərə müvafiq məbləğ müqabilində qanunsuz olaraq sürücülük vəsiqəsi hazırlamağı təklif edib.
"Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti sınaqda olan 1993-cü il təvəllüdlü Z.K.-nı saxladılar. O, külli miqdarda ziyan vuran dələduzluqda ittiham olunur.
İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs “Telegram” mobil rabitə proqramında “MODGOVGE İNFO” adlı kanal (qrup) yaradıb. Sözügedən kanalı o, özü idarə edib və maraqlanan şəxslərə müvafiq məbləğ müqabilində qanunsuz olaraq sürücülük vəsiqəsi hazırlamağı təklif edib. Z.K. maraqlanan vətəndaşlara xarici elektron pul qabına və Gürcüstanın onlayn totalizator xidmətinin hesabına müəyyən miqdarda pul köçürtdürüb, onların vəsaitlərini dələduzluq yolu ilə mənimsəyib, lakin sürücülük vəsiqələrini hazırlamayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vuran dələduzluğu nəzərdə tutan 180-ci maddəsi ilə istintaq aparılır.
Bu cinayətə görə 6 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutulur", - nazirliyin yaydığı məlumatda deyilir.


