28 
Dek
2021
12:03
445

Liza Yasko: "Buna nə beynəlxalq ictimaiyyət, nə Ukrayna tərəfi, nə də hüquq müdafiəçiləri susmayacaq"

"Mixeil Saakaşvilini klinikadan həbsxanaya köçürmək cəhdləri həm Ukraynanın, həm də beynəlxalq ictimaiyyətin diqqətindən yayınmayacaq".

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Radasının deputatı Liza Yasko deyib.

Yayılan videoda Yasko baş verənləri təxribat adlandırıb və Mixeil Saakaşvilinin sonda reabilitasiya üçün başqa ölkəyə köçürüləcəyinə ümid etdiyini bildirib.

"Mixeil Saakaşvilinin vəziyyəti ağırdır, ayaqda dura bilmir, zəifdir və çoxlu pis simptomları var. Hadisədən sonra xəstəxanaya nə şəxsi həkimlərini, nə də anasını buraxıblar. Bu cür təxribatların ardınca cavablar gələcək, nə beynəlxalq ictimaiyyət, nə Ukrayna tərəfi, nə də hüquq müdafiəçiləri susmayacaq. Bu qeyri-insani rəftardır. Mixeil Saakaşviliyə müvafiq tibbi yardım göstərilmir. Buna onun sonda məhv edilməsi üçün təxribatlar da əlavə olunur. Ümid edirəm ki, Mixeil Saakaşvilinin reabilitasiya üçün başqa ölkəyə köçürülməsinə nail olacağıq, çünki o, Gürcüstanda təhlükəsiz deyil", - Yasko bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər