Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvili ilə bağlı bəyanat yaydı
Xüsusi Penitensiar Xidmət keçmiş prezident Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvili müvəqqəti olaraq Qori Hərbi Hospitalında qalır.
Məlumata görə, Saakaşvilinin Qori xəstəxanasından buraxılması barədə qərar tibb işçiləri tərəfindən verilib, lakin Saakaşvili xüsusi cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbini yerinə yetirməyib, həyəcan zəminində təzyiq dəyişkənliyi müşahidə edilib.
"Yüksək ictimai marağa görə nəzərinizə çatdırırıq ki, bu il dekabrın 27-də məhkum Mixeil Saakaşvilinin müalicəsi başa çatdıqdan sonra tibb işçiləri Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalından buraxılması barədə qərar qəbul edib. Mixeil Saakaşvili Xüsusi Penitensiar Xidmətin onu Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürməsi ilə bağlı qanuni tələbinə əməl etməyib. Həyəcan zəminində o, təzyiq dəyişkənliyi yaşayıb və bu, Xüsusi Penitensiar Xidmətin qanuni köçürmə tədbirini müvəqqəti olaraq təxirə salması barədə qərar qəbul etməsinə səbəb olub.
Qeyd edək ki, Mixeil Saakaşvili bu il noyabrın 19-dan müvafiq müalicə üçün Xüsusi Penitensiar Xidmət tərəfindən Qori şəhərindəki Qiorqi Abramişvili adına Hərbi Hospitala köçürülüb, ona bütün lazımi tibbi xidmətlər göstərilib və daimi həkim nəzarətində olub", - qurumun açıqlamasında deyilir.


