28 
Dek
2021
11:29
473

Mixeil Saakaşvili: "Bu, həyatımda yaşadığım ən ağır böhran idi"

Üçüncü prezident Mixeil Saakaşvilinin vəkili Nika Qvaramia Mixeil Saakaşvilinin məktubu oxuyub.

InterPress.ge xəbər verir ki, Saakaşvili məktubda onu Qori Hərbi Hospitalından köçürməyə çalışdıqlarını, bu zaman vəziyyətinin pisləşdiyini qeyd edib.

"Bu gün məni aparmağa gəldilər, saat altının yarısı idi, qara geyinmişdilər, məni aparacaqlarını bildirdilər, amma hara aparmağa hazırlaşdıqlarını demədilər. Mən qan təzyiqimin və nəbzimin yoxlanmasını istədim, təzyiqim 180 idi, ikinci ölçmədə artıq 200/110 idi. Normal qan təzyiqim 120/80-dir. Bu, mənim fikrimcə, hipertansif böhran idi. Mən təzyiq və nəbz baxımından heç vaxt belə vəziyyətdə olmamışam. Bundan sonra məni zorla aparmağa çalışdılar, mən müqavimət göstərdim, sonra halım pisləşdi və nələrin baş verdiyini xatırlamıram. Özümə gələndə həkim dedi ki, heç yerə aparmırlar, xəstəxanada qalıram. Mənə dedilər ki, mənim həkimlərimi içəri buraxacaqdılar, ancaq buraxmadılar. Bu, həyatımda yaşadığım ən ağır böhran idi. Bütün bu müddət ərzində, o cümlədən tibbi problemlər zamanı məni videoya çəkirdilər. Videoda mənim vəziyyətimin ağır olduğu görünür", - məktubda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər