Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlaya bilər
"İstisna edilmir, ola bilər", - Mixeil Saakaşvilinin yenidən aclıq aksiyasına başlaya biləcəyi ilə bağlı suala Xalq Müdafiəçisinin nümayəndəsi Ana Caniaşvili belə cavab verib.
InterPress.ge xəbər verir ki, Xalq Müdafiəçisi müqavimət zamanı Mixeil Saakaşvilinin hüquqlarının pozulub-pozulmadığını araşdıracaq.
“Şəxsən mən heç bir fiziki xəsarət görmədim və bu barədə özü də heç nə demədi. Onu öz iradəsi olmadan xəstəxanadan çıxarmaq istəyiblər və müqavimət göstərib, daha sonra nələrin baş verdiyini xatırlamır. Özünə gələndə həkim xəstəxanada qaldığını bildirdi. Onu aparmağa hazırlaşdırdılar, amma haraya aparmağa çalışdıqlarını bilmir. Gürcüstanın Xalq Müdafiəçisi qərarların qəbulu və müqavimət zamanı onun hüquqlarının pozulub-pozulmadığını araşdıracaq”, - Ana Caniaşvili bildirib.


