27 
Dek
2021
21:13
993

Gəlirlər Xidməti gömrüklə bağlı bəyanat yaydı

Dariali dərəsində güclü qar yağması və uçqun təhlükəsi ilə əlaqədar “Kazbegi” gömrük-keçid məntəqəsi fövqəladə rejimdə işləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat verir.

Verilən məlumata görə,  beynəlxalq gəmiçilik şirkətlərinin nəqliyyat vasitələrinin sürücüləri çətin meteoroloji şəraitdən yayınmaq məqsədilə sərhəd-keçid prosedurlarını həyata keçirmək üçün Sarpi gömrük-keçid məntəqəsini seçdiyindən Sarpi gömrük-keçid məntəqəsi də fövqəladə rejimdə tam gücü ilə işləyir.

“Bu məntəqədən gündə 600-ə yaxın yük maşını keçir. Dekabrın 26-na olan məlumata görə, 24 saat ərzində Sarpi gömrük keçid məntəqəsinin (Türkiyə Respublikasından gələn) gömrükçüləri rekord sayda – 750-dən çox yük avtomobilini prosedurdan keçirib.

Beynəlxalq yükdaşımaların illik sürətinin əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, Gürcüstanda bütün gömrük-keçid məntəqələri tam gücü ilə fəaliyyət göstərir və beynəlxalq yükdaşıma vasitələrinin təhlükəsiz idarə edilməsi prosesinə nazirliyin Patrul Polisi Departamenti ilə tam razılaşdırılaraq nəzarət edilir"- məlumatda bildirilir.

Onların sözlərinə görə, Gəlirlər Xidməti gömrük-keçid məntəqələrindəki vəziyyətlə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat verəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər