Mixeil Saakaşvilinin məhkəməsi keçirilir
Bu gün sabiq prezident Mixeil Saakaşvilinin külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi işi üzrə məhkəməsi keçirilir.
InterPress.ge xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayıb.
Keçmiş prezident Qiorqi Marqvelaşvilinin bu gün saat 12:00-da Qori Hərbi Hospitalında Mixeil Saakaşvili ilə görüşücəyindən, Saakaşvilinin məhkəməyə qatılmayacağı ehtimal edilir.
Məhkəmədə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Anzor Çubinidze ifadə verməli idi, lakin Çubinidze bildirib ki, o, dekabrın 25-dən dekabrın 28-dək rəsmi vəzifələrinə görə Tbilisidə olmayacaq. Müvafiq olaraq, Anzor Çubinidze məhkəmədə dindirilməyəcək.
Məlumat üçün bildirək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teimuraz Canaşia da Mixeil Saakaşvili ilə birlikdə külli miqdarda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Prokurorluq təqsirləndirilən şəxsləri 9 milyon lari mənimsəməkdə ittiham edir.


