22 
May
2020
22:24
1920

Davit Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə telefonla danışıb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani arasında telefon danışığı baş tutub.

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tərəflər koronavirus pandemiyasının yayılması şəraitində hər iki ölkədəki mövcud vəziyyət və hökumətlər tərəfindən virusun yayılmasının qarşısının alınmasına yönəlik tədbirlər üzrə ümumi fikir mübadiləsi aparıblar və həmçinin, bu çətin müddətdə göstərilmiş yardım, o cümlədən vətəndaşların vətənə qaytarılması prosesindəki köməyə görə bir-birlərinin ünvanlarına minnətdarlıq ifadə ediblər.

Bununla yanaşı, hər iki ölkənin XİN-ni strateji əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin aktual məsələlərini müzakirə ediblər, o cümlədən iqtisadi əməkdaşlığın, regional, nəqliyyat və energetika layihələrinin gedişatı ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm dostluq münasibətlərini vurğulayaraq, bir-birlərini qarşıdan gələn müstəqillik günləri münasibətilə təbrik ediblər. Gürcüstan bu günü mayın 26-da, Azərbaycan isə mayın 28-də qeyd edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər