27 
Dek
2021
11:28
255

VMH ofisinin yaxınlığında aclıq aksiyası keçirən bir neçə nəfərin vəziyyəti pisləşib

Vahid Milli Hərəkatın mərkəzi ofisində 12 çadır qurulub, 200-ə qədər insan Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə aclıq aksiyası keçirir. 

InterPress.ge xəbər verir ki, etirazçılardan bir neçəsinin vəziyyəti pisləşdiyindən xəstəxanaya aparılıblar.

VMH-ın üzvü Zaal Udumaşvilinin sözlərinə görə, klinikaya aparılan bir neçə nəfərin səhhəti daim nəzarətdə saxlanılır.

"Hər sonrakı gün etirazçılar üçün daha da çətin olacaq. Onların səhhətinə maksimum nəzarət yetirilir. Daha sonra başqa bir etirazçını klinikaya apardıq. Onun vəziyyəti pisləşdi və tibbi müdaxilə lazım gəldi, baxmayaraq ki, aclıq elan edənlərin əksəriyyətinin vəziyyəti stabildir və özlərini normal hiss edirlər. Ona görə də aksiya davam edir və bu aksiyanın çox mühüm məqsədi var", - Zaal Udumaşvili bildirib.

Aclıq aksiyası 7 gün əvvəl VMH-ın qərargahında başlayıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər