Mixeil Saakaşvili bəyanat yaydı
"Qeyri-qanuni hökmdən sonra Tsulukidze, Çelidze qardaşlarına və Eldar Antadzeyə tam həmrəyliyimi bildirirəm".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sosial şəbəkədə yayılan bəyanatında deyilir.
Saakaşvilinin qeyd etdiyinə görə, onlar seçki saxtakarlığı ilə məşğul olmaqdan imtina etdikləri üçün həbs ediliblər.
“Bu insanlar prinsipiallıq göstərdilər və ləyaqətlərini kimsəyə tapdalatmadılar.
İşlərimlə bağlı özüm mühakimə olunana qədər Gürcüstanın məhkəmə sisteminin necə çətin formada olduğunu təsəvvür belə edə bilməzdim. Bütün bu müddət ərzində prokurorluq tərəfindən heç bir ciddi sübut və ifadə toplamaq cəhdi belə olmayıb. Bu, hətta məhkəmə parodiyası da deyil, elementar insanlığa istehzadır!”, - Saakaşvili bildirib.
Məlumat üçün bildirək ki, Kutaisi Şəhər Məhkəməsi bir neçə ay əvvəl Namaxvanidə baş verən qarşıdurmaya görə 7 nəfəri 4 və 5 il müddətinə azadlıqdan məhrum edib.


