Aclıq aksiyası keçirənlərin son vəziyyəti ilə bağlı açıqlama
Aclıq aksiyası keçirənlərin əksəriyyətinin vəziyyəti qənaətbəxşdir, onlardan bir neçəsi xəstəxanaya aparılıb.
InterPress.ge xəbər verir ki, bu barədə "Milli Hərəkat"ın üzvü İrakli Nadiradze məlumat verib.
"Bu gün aclıq aksiyasının altıncı günüdür. Onların əksəriyyətinin vəziyyəti qənaətbəxş olsa da, bir neçəsinin xəstəxanaya aparılması lazım gəldi. Bir nəfəri də bu gün apardılar, təzyiqi düşüb, ayaq üstə dura bilmirdi. Tələblərimizə gəlincə, ölkədə siyasi təqiblər bitənə və Mixeil Saakaşvili azad edilənə, eləcə də ədalətli seçkilər keçirilənə qədər mübarizə davam edəcək. Bu, etirazın ifrat formasıdır, lakin biz diktaturanın qurulmasının qarşısını almaq üçün hər vasitə ilə mübarizə aparacağıq", - İrakli Nadiradze bildirib.
Onun sözlərinə görə, əhalinin müəyyən hissəsi aclıq aksiyasına başlamaq istəyir, lakin onların artıq çadırlarda yerləri yoxdur və çox güman ki, xəstəxanaya aparılan insanlar başqaları ilə əvəz ediləcək.
“Hər gün rayonlardan və Tbilisidən bizə qoşulurlar, çadırlarda yer qalmayıb və bəzi insanlar xəstəxanaya aparılmalı olduqdan onlar rotasiya qaydası ilə əvəz olunacaq”, - İrakli Nadiradze bildirib.
Vahid Milli Hərəkatın ofisinin yaxınlığında 12 çadır qurulub və 200-ə qədər insan aclıq aksiyası keçirir. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.


