26 
Dek
2021
12:44
503

Londa Toloraia: "Dövlət Müfəttişliyi Xidmətinin “ləğv edilməsi” layihəsinin başlanması mənim üçün sürpriz oldu"

"Mənim xəbəri olmadan parlamentdə Dövlət Müfəttişliyinin “ləğv edilməsi” haqqında qanun layihəsi irəli sürülüb".

InterPress.ge xəbər verir ki, bu barədə dövlət müfəttişi Londa Toloraia məlumat verib.

Toloraianın dediyinə görə, o, bu prosesin dayandırılacağına ümid edir.

"Bu gün “Yeni il sürprizi” olaraq mən və əməkdaşlarım öyrəndik ki, 2021-ci il dekabrın 22-də sürətləndirilmiş şəkildə Dövlət Müfəttişliyi Xidmətinin “ləğv edilməsi” haqqında qanun layihəsinə təşəbbüs edilib. 2021-ci il dekabrın 9-dan etibarən mən Gürcüstan parlamenti ilə Xidmətin institusional gücləndirilməsi haqqında qanun layihəsinə təşəbbüs edilməsi barədə əlaqə saxlamağa çalışıram (bu koordinasiya prosesində deputatlar bu məsələ ilə bağlı bir kəlmə də demədilər). Müvafiq qanun layihəsini dünən (24 dekabr) Gürcüstan parlamentinə göndərdik.

Təbii ki, qeyri-iş günlərində qanun layihəsinin Dövlət Müfəttişliyinin iştirakı olmadan və daha geniş ictimai müzakirələr olmadan sürətləndirilmiş şəkildə təşəbbüs edilməsi suallar doğurur. Ümid edirəm ki, bu proses dayanacaq!

Qanun layihəsi ilə tanış olanda və məsələ ilə bağlı geniş məlumatım olduqda, daha geniş şərh verəcəm. O vaxta qədər biz Dövlət Müfəttişliyinin əməkdaşları qanunla həmişə diktə edilmiş fəaliyyətimizi davam etdirəcəyik”, - Toloraia Facebook-da yazıb.

Xatırladaq ki, dövlət müfəttişi vəzifəsi və Dövlət Müfəttişliyi Xidməti ləğv edilir. Əvəzində Xüsusi İstintaq Xidməti və Fərdi Məlumatların Mühafizəsi Xidməti yaradılır. Deputatların əksəriyyətinin hazırladığı müvafiq qanunvericilik paketi artıq təşəbbüs üçün hazırdır və Parlament Bürosunun növbəti iclasına çıxarılacaq.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər