Marneulinin mərkəzi yolunun bir qismi bağlandı
Dekabrın 26-da Marneulidə, Meriyanın yerləşdiyi ərazidə Yeni il şənliyi keçiriləcək.
InterPress.ge xəbər verir ki, yeni il konserti ilə əlaqədar olaraq mərkəzi yolun Marneuli Meriyasının ərazisi artıq bağlanıb.
Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə, ölkənin bütün bölgələrində, o cümlədən Marneuli bələdiyyəsində də Yeni il tədbirlərinin keçirilməsi planlaşdırılır.
Konsertin ssenarisini təqdim edirik:
14:00-19:00 - Milad bazarı
14:00-17:00 - Uşaq tədbirləri
Maskotlar və elflər;
Üzdə şəkil çəkmək;
Foto Zona - qəhrəmanlarla və elflərlə fotoşəkillər;
"Bzikebi" Uşaq Studiyası;
"Santa"-nın aktivliyi Şirniyyat təqdim etmək, "Santa" ilə fotoşəkil ;
İllüziyaçının Şousu;
14:00- Tədbirin açılışı - Aparıcının salamlaşması;
14:05-14:45 - "Bzikebi" Uşaq Studiyası;
14:45-15:00 - İllüziyaçının Şousu;
15:00- 17:00- "Santa Claus"-un aktivliyi, "Santa"-nın daxil olması, fotoşəkil, şirniyyat təqdim etmək;
16:00-16:30 - Yerli müğənnilər;
16:30-16:55 - Sözlə çıxış edənlər;
17:00 -19:00 Konsert - Tika Gamburia, Nini Karseladze və "Kuçis Biçebi";
19:00 - "Mravaljamieri" - atəşfəşanlıq;
Nəzərinizə çatdıraq ki, tədbirdə Covid qaydalarına riayət olunacaq. Konsertdə hər kəs iştirak edə bilər.


