Nika Melia: "Bu gün haqsızlıq və yalançılıq davranışı klublara təsir edir"
"Bu gün haqsızlıq və yalançılıq davranışı klublara təsir edir".
InterPress.ge xəbər verir ki, “Milli Hərəkat”ın sədri Nika Melia Əmək Müfəttişliyinin “Basiani” klubuna tətbiq etdiyi 10 min lari cəriməyə belə münasibət bildirib.
Nika Melianın sözlərinə görə, Tbilisi meriyası “Basiani” klubunun sahiblərini aldadıb.
"Artıq aylardır ki, gənclər bütün qayda-qanunlara uyğun olaraq klubları açmağa hazırlaşırlar.
Həm hökumət, həm də Tbilisi meriyası guya onlarla əməkdaşlıq ediblər. Əslində yalan danışaraq müasir Tbilisinin əsas vizit kartı olan klub həyatını zərbə altına qoyublar.
Antivakser rus estetikasının konsertlərini minlərlə lari ilə maliyyələşdirəndə, onlar azadlıq və gələcəyi, gəncliyin sahəsini məhdudlaşdırırlar! Həqiqətən də ayıbdır", - deyə Nika Melia yazıb.


