25 
Dek
2021
12:08
490

Bu yolda nəqliyyatın hərəkəti bərpa olundu

İntensiv, davamlı təmizlik işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mçxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib, qar və buzla əlaqədar qoşquların hərəkətinə qadağa hələ də davam edir. 

InterPress.ge xəbər verir  ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər