İctimai səhiyyə eksperti: "Gürcüstan bağlanacaq"
Bayramdan sonra bütün dünyada karantinların olacağı proqnozlaşdırlır.
InterPress.ge xəbər verir ki, bu barədə
İctimai səhiyyə eksperti, professor Giorgi Pxakadze açıqlama verib .
Onun sözlərinə görə, digər ölkələr kimi Gürcüstan da bağlanacaq. Pxakadze əhaliyə və işəgötürənlərə tövsiyələr verir:
"Vəziyyət kənardan göründüyündən də çətindir. Dövlətlər çaşqınlıq içindədir. Miladdan sonra bütün dünyada lokdaunların olacağını görəcəksiniz. Gürcüstan da bağlanacaq, amma bilmirəm hansı formada. Ancaq bu da kifayət qədər çıxış yolu deyil. Daha praqmatik tədbirlərə ehtiyac var.
Nə edə bilərsiniz - qapalı məkanda insanlarla olmağınız lazımdırsa məkanı mümkün qədər tez-tez və uzun müddət havalandırın. Başqa insanlarla qapalı məkanda olmaqdan çəkinin.
Tibbi maskalardan istifadə edin, onun da 100% mühafizəsi yoxdur, ancaq otağın havalandırmasını da buna əlavə etsəniz sizə yaxşı nəticə verəcəkdir.
Biznes nümayəndələri, işçilərinizin qayğısına qalın və mümkün qədəri ilə məsafəli iş rejiminə keçin.
“Siz korporasiyalara boş yerə pul xərcləyirsiniz, çünki siz yenə də uğursuzluğa düçar olacaqsınız, ən azı yeni ildən sonra nə planlaşdırılırsa, o, mütləq pozulacaq”, Pxakadze bildirib.


