Hamilə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs cəzasına məhkum edildi
Hamilə həyat yoldaşı Keta Kepuladzeni xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qoqa Qzirişvili barəsində həbs-qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, sözügedən qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Qiorqi Qelaşvili elan edib.
Bu gün keçirilən iclasda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi müzakirə olunub.
Prokurorluq Qzirişvili barəsində ən sərt həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
Məlumat üçün bildirək ki, dekabrın 22-də Tbilisidə təqsirləndirilən şəxs Qoqa Qzirişvili bıçaqla hamilə olan arvadı Keta Kepuladzeni öldürmək niyyəti ilə onun bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla otuza yaxın xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində hamilə Kepuladze hadisə yerində dünyasını dəyişib.
Qzirişviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 111,109-cu maddəsinin 2-ci hissəsinin A və V yarımbəndləri və 3-cü hissəsinin B yarımbəndi ilə ittiham irəli sürülüb ki, burada da 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.


