Daxili İşlər Nazirliyi “oğru dünyası”na üzv olmaq ittihamı ilə 4 nəfəri saxladı
Daxili İşlər Nazirliyi 4 nəfəri “oğru dünyası”na üzv olmaqda ittiham edərək saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Samçxe-Cavaxeti Polis və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları Samçxe-Cavaxeti Rayon Prokurorluğu ilə birgə eyni vaxtda Borjomi və Rustavi şəhərlərində keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində hakimin qərarı əsasında “oğru dünyası”na üzv olmaq ittihamı ilə əvvəllər məhkum olmuş 3 nəfəri: 1975-ci il təvəllüdlü L.C., 1982-ci il təvəllüdlü D.C. və 1977-ci il təvəllüdlü N.Ş.-nı saxlayıblar. İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin əməkdaşları Qərbi Gürcüstanın Rayon Prokurorluğu ilə birlikdə “oğru dünyası”na üzv olmaqda və külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu gəlmək ittihamı ilə hakimin qərarı əsasında Rusiya Federasiyasının vətəndaşı, kriminal avtoritet və “oğru dünyası”nın fəal üzvü – 1988-ci il təvəllüdlü, keçmişdə məhkum olmuş İ.D.-nı Tbilisidə saxlayıblar.
Cinayətlər 7 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutur.
Hər iki iş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin “q” yarımbəndi, 223-cü prima maddənin 1-ci hissəsi və 223-cü maddənin 4-cü prima maddəsi ilə istintaq davam edir.


