Bu tarixlərdə Marneulidə elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq
Dekabrın 24, 25 və 27-də saat 09:00-dan 18:00-dək Marneulinin bir hissəsinin və Candar kəndinin əhalisinin, saat 09:00-dan 12:00-dək isə Gürcüstan Dəmir Yolunun Marneuli qovşağının elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi məlumat yayıb.
"Ermənistanla birləşdirən "Alaverdi" elektrik xəttində təhlükəsizlik işlərinin aparılması ilə əlaqədar olaraq Dekabrın 24, 25 və 27-də saat 09:00-dan 18:00-dək Marneuli şəhərinin bir hissəsinə və Cəndar kəndinin əhalisinə, saat 09:00-dan 12:00-dək isə Gürcüstan Dəmir Yolunun Marneuli qovşağına elektirik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.
Gürcüstanın dövlət elektrik sistemi problemə görə istehlakçılardan üzr istəyir", - bəyanatda deyilir.


